×
A
A
A
Sazlamalar

Qarabağ müharibəsi qazisi: Xocalıda törədilənlər dəhşətli idi

Bakı, 26 fevral, AZƏRTAC

1992-ci ilin fevralında biz Şuşa ətrafında meşədə döyüşürdük. Düşmən Xocalını top və tanklardan atəşlərinə tutdu. Həmin gecə Xocalıda 613 nəfər şəhid oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında fevralın 26-da Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edən Qarabağ müharibəsi qazisi Nazim Hüseynov deyib.
Qarabağ müharibəsi qazisi bildirib ki, fevralın 17-də Qaradağlı faciəsində iştirak etmiş 366-cı motoatıcı alay daha sonra Xocalı rayonunu artilleriya atəşinə tutdu. Yetərli hərbi texnika olmadığı üçün erməni hərbi birləşmələrinin hücumunun qarşısını almaq mümkün deyildi. Hələ o zaman şəhər statusunu almamış Xocalı yerlə-yeksan oldu. Həmin gecə Xocalıda törədilənlər, sadəcə, dəhşətli idi.

Xocalı faciəsi 2022-02-26 19:07:00