×
A
A
A
Sazlamalar

Şuşa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO

Şuşa, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanlarının xatirəsi anılıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin iştirak etdiyi anım mərasimi şəhərin mərkəzi meydanında və Yuxarı Gövhər Ağa məscidinin qarşında baş tutub.
Anım mərasimində şəhərdə fəaliyyət göstərən digər dövlət və özəl şirkətlərin rəhbərlikləri də iştirak ediblər.

Regionlar 2022-02-26 18:20:00

Video