×
A
A
A
Sazlamalar

Gürcü musiqiçilər "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına qoşulublar

Tbilisi, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Gürcüstanın paytaxtı Tbilisidə videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tanınmış musiqiçi Giya Kançeli adına simli kvartet şəhərin “Sülh körpüsü”ndə, Azadlıq meydanı, Prezident sarayı, Gürcüstan parlamenti, Rustaveli metrostansiyası yaxınlığında ingilis dilində “Xocalı soyqırımı 30” yazısının olduğu banerin önündə Friderik Şopenin “Nöktürn” əsərini ifa edib.
Gürcü musiqiçilər ifaları ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq bu çağırışa qoşulublar.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2022-02-26 18:07:00