×
A
A
A
Sazlamalar

İstanbulda Xocalı aksiyası keçirilib VİDEO

İstanbul, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İstanbulun tarixi Fatih bölgəsində aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bayrağını da al gəl” şüarı altında keçirilən aksiya İstanbulun Bəyazit meydanından baş tutub.
Tədbirdə ölkəmizin Türkiyə ictimaiyyətinin, QHT-nin, ictimai birliklərin, KİV-in nümayəndələri, qardaş ölkədə fəaliyyət göstərən həmvətənlərimiz, yerli əhali, Türkiyədə fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbin şagirdləri və digərləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Xocalı soyqırımının dünya tarixinin utanc səhifəsi olduğunu bildiriblər.
Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin sonunda mediaya açıqlama verilib.
Açıqlamada Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi tələb olunub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2022-02-26 18:04:00

Video