×
A
A
A
Sazlamalar

Masallıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Masallı, 26 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 26-da Masallıda Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri şəhərin Qəhrəmanlar Parkında “Şəhidlər” abidə-kompleksinin önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub.
Rayonun Ərkivan qəsəbəsində məskunlaşmış Xocalı sakinləri ilə görüşən icra başçısı, onların gündəlik həyat şəraiti, problemləri ilə maraqlanıb.

Regionlar 2022-02-26 18:00:00