×
A
A
A
Sazlamalar

Xalq artisti: Biz xalq olaraq belə faciələri bir daha yaşamamaq üçün unutqan olmamalıyıq

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı, bu faciədə həyatını itirənlər heç vaxt unudulmayacaq. Biz xalq olaraq belə faciələri bir daha yaşamamaq üçün unutqan olmamalıyıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova deyib.
Xalq artisti bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Biz Qarabağımızı qoruyacağıq. Xalqımız torpaqlarımızın ermənilər tərəfindən 30 ilə yaxın işğalına və erməni vəhşiliyinə dözdü. Amma sonda dövlət, xalq və ordu olaraq öz sözümüzü dedik. İndi şəhidlərimizin ruhu şaddır.
“Bütün dünya Azərbaycan xalqının və dövlətinin gücünü Vətən müharibəsində gördü. Biz daha da güclü olmalıyıq və dövlətimizin başçısının ətrafında daha sıx birləşməliyik”, - deyə Təranə Muradova əlavə edib.

Xocalı faciəsi 2022-02-26 17:57:00