×
A
A
A
Sazlamalar

“Azərsığorta” Dövlət Sığorta Şirkətinin əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin əməkdaşları Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, faciə qurbanları ehtiramla yad edilib, abidənin önünə əklil qoyulub.
“Azərsığorta” Dövlət Sığorta Şirkəti olaraq, bütün şəhidlərimizi hörmətlə anır, müqəddəs ruhları qarşısında baş əyir.

Xocalı faciəsi 2022-02-26 17:40:00