Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
DMX-dən AZƏRTAC-a bildirilər ki, Xidmətin inzibati binasında faciənin təfərrüatlarını əks etdirən sərgi açılıb.
Tədbirdə ayrı-ayrı struktur bölmələrinin əməkdaşları 30 il əvvəl məhz bu tarixdə erməni vandalları tərəfindən xalqımızın başına gətirilən faciə barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasətinin davamı olub.
İstiqlal Muzeyi ilə birgə keçirilən tədbirdə muzeyin arxivində saxlanılan fotolar sərgilənib. Hər bir əl işi Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərilmiş mübarizə əzminin nümayişi kimi qiymətləndirilib.
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb