×
A
A
A
Sazlamalar

Sumqayıtda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb. Anım mərasimində şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Sumqayıtda yaşayan xocalılılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları şəhərin Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla anıblar.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər rəhbərliyi Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, qanlarının yerdə qalmadığı bildirilib.

Regionlar 2022-02-26 16:42:00