×
A
A
A
Sazlamalar

Xocalıya həsr olunmuş bədii kompozisiya nümayiş edilib

Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı Səngəçal qəsəbə Mədəniyyət evi və F.Qədimov adına 222 nömrəli orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mədəniyyət evinin direktoru Fəridə Babayeva tədbir iştirakçılarına ermənilərin fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törətdikləri amansız, misli görünməmiş vəhşiliklər haqqında ətraflı məlumat verərək söyləyib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 nəfər məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Tədbirin bədii hissəsində Xocalıya həsr olunmuş bədii kompozisiya nümayiş olunub.
Sonda Xocalı soyqırımı ilə bağlı kitab sərgisinə baxış keçirilib.

Xocalı faciəsi 2022-02-26 16:22:00