×
A
A
A
Sazlamalar

Paytaxt sakini: Xocalı faciəsi heç vaxt unudulmayacaq

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi heç vaxt unudulmayacaq. Xocalı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət, humanizmə yönəlmiş qəsddir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dosenti Elnur Əliyev deyib.
O bildirib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli qətliamlarından biridir. “Xocalı faciəsi xüsusi amansızlıqla törədilmişdi. Bu hadisə Srebrenitsa soyqırımı və bu kimi qətliamlardan daha dəhşətlidir. Həmin faciə zamanı qadınlar, uşaqlar, yaşlılar ağır işgəncələrə məruz qalmış, öldürülmüşdü. Biz bu faciəni heç zaman unutmamalıyıq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz döyüş meydanında düşməndən qisasını aldı”.

Xocalı faciəsi 2022-02-26 15:57:00