×
A
A
A
Sazlamalar

Türkiyənin Milli Müdafiə Nazirliyi: Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlı türk qardaşlarımızı unutmadıq, unutmayacağıq

İstanbul, 26 fevral, AZƏRTAC

Otuz il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlı türk qardaşlarımızı unutmadıq, unutmayacağıq!
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşımında yer alıb.
Paylaşımda bildirilir: “Tarixə qara ləkə vuranları lənətləyir, ağrısını qəlbimizdə daşıdığımız şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2022-02-26 15:02:00