×
A
A
A
Sazlamalar

Jil Mihaeli: Xocalıdakı kütləvi qırğını unutmaq olmaz

Paris, 26 fevral, AZƏRTAC

Xocalıda törədilən kütləvi qırğını unutmaq olmaz. Faciənin günahsız qurbanlarını unutmamalı, onlar haqqında daim düşünməliyik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın “Causeur” qəzeti və portalının direktoru Jil Mihaeli deyib.
O bildirib: “Beynəlxalq ictimaiyyət bütün səylərini səfərbər etməlidir ki, belə fəlakətli hadisələr dünyanın heç bir ölkəsində bir daha təkrarlanmasın. Bu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyatını itirmiş insanların ruhu qarşısında hər birimizin borcudur”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xocalı faciəsi 2022-02-26 13:46:00