×
A
A
A
Sazlamalar

Xocalı faciəsinin canlı şahidi: Həmin gecə ermənilər hər kəslə amansız rəftar edirdilər

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi zamanı mən şəhərin polis şöbəsində işləyirdim. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfərin qətlə yetirildi. Mən o hadisələrin canlı şahidi olmuşam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində xəbər verir ki, Xocalı şəhərində polkovnik kimi xidmət göstərmiş Hafiz Ədilov deyib.
Xocalı şəhərinin viran edildiyini, əhalisinin soyqırımına məruz qaldığını deyən H.Ədilov bildirib: “Həmin gecə ermənilər qadın, qoca, uşaq demədən hər kəslə amansız rəftar edirdilər. Amma biz Vətən müharibəsində biz Qələbə qazandıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan Ordusu düşməni 44 gün ərzində ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı faciəsi qurbanlarının və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün qəhrəman övladlarımızın qisası döyüş meydanında alındı”.

Xocalı faciəsi 2022-02-26 13:39:00