×
A
A
A
Sazlamalar

Təhsil İnstitutu “Kibertəhlükəsizlik” təlimlərini davam etdirir

Bakı, 26 fevral, AZƏRTAC

Təhsil İnstitutu “Kibertəhlükəsizlik” təlimlərini uğurla davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fevralın 14-dən oflayn formatda keçirilən təlimlərdə tələbələrə “Kibertəhlükəsizliyə giriş”, “İnsidentlərin idarə olunması və cavab tədbirləri”, “Nüfuzetmə testləri”, “Veb-aplikasiyaların nüfuzetmə testləşdirilməsi” modulları tədris olunur.
Qeyd edək ki, təlimlər kibertəhlükəsizlik üzrə beynəlxalq ekspertlər tərəfindən aparılır. Təlimçi Pərvin Sadıqova proqram yoxlanılması və təhlükəsizlik üzrə “King's College London”da kompüter elmləri namizədidir. O, kibertəhlükəsizlik və rəsmi yoxlama üzrə ixtisaslaşmış və ACM Turing Mükafatı Təqaüdünün 10 qalibindən biridir.

Texnologiya 2022-02-26 12:20:00