×
A
A
A
Sazlamalar

Naftalanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Naftalan, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC

Naftalanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının 30-cu ildönümündə faciə qurbanlarının xatirəsi böyük ehtiramla anılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, qazilər, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

Regionlar 2022-02-26 12:01:00