×
A
A
A
Sazlamalar

Azərbaycan səfirliyi Gürcüstanda "Xocalıya ədalət!" kampaniyası çərçivəsində tanıtım aksiyası təşkil edib

Tbilisi, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Tbilisidə, Rustavi və Marneulidə "Xocalı soyqırımını tanıyaq" adlı tanıtım aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, bu ölkədəki Azərbaycan şirkətlərinin dəstəyi ilə reallaşıb.
Üzərində ingilis dilində "Justice For Khojaly" yazılmış beş ədəd kiçik tutumlu yük avtomobili paytaxt Tbilisinin mərkəzində, Rustaveli prospektində, eləcə də Rustavi şəhərində və Marneuli rayonunun mərkəzi küçələrində hərəkət ediblər.
Avtomobil karvanı yerli ictimaiyyətin diqqətinə və marağına səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Xocalı faciəsi 2022-02-26 11:43:00