×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetin tələbələri Xocalı qurbanlarının xatirəsini fləşmobla yad ediblər

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı fləşmob keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, 160 nəfərdən çox tələbənin iştirak etdiyi fləşmob ADPU Könüllüləri Təşkilatı və “Meh” ədəbi dərnəyinin təşkilatçılığı ilə həyata keçirilib. İştirakçılar Xocalı faciəsinin 30-cu ildönümünü anmaq məqsədilə universitetin həyətində “Xocalı 30” yazısını canlandırıblar.

Elm və təhsil 2022-02-26 11:40:00