×
A
A
A
Sazlamalar

Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət

Beyləqan, 26 fevral, AZƏRTAC
Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində “Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət” adlı anım mərasimi keçirilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərasimin keçirilməsində məqsəd erməni cinayətkarlarının Azərbaycan xalqına, habelə bəşəriyyətə qarşı törətdiyi bu qətliam barədə yeniyetmə və gənclərin ətraflı məlumatlandırılması, soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi olub. Tədbirdə erməni təcavüzkarlarının azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən bəhs edən, yeniyetmə və gəncləri tariximizi unutmamağa səsləyən çıxışlar səslənilib, mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib.

Regionlar 2022-02-26 10:11:00