Ombudsmanın təşəbbüsü ilə “Xocalı şahidi” adlı film hazırlanıb VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı şahidi” adlı film hazırlanıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, filmdə Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş kütləvi qırğın, mülki şəxslərin soyqırımı zamanı və girovluqda məruz qaldığı işgəncələr, onların itkin düşmüş yaxınları barədə məlumatlar faktlar əsasında təqdim olunmaqla yanaşı, ombudsmanın bu soyqırımı cinayətinə hüquqi qiymət verilməsi barədə dünya ictimaiyyətinə çağırışı da yer alıb.
Parisdə Xocalı soyqırımına dair sənədli filmin və kitabın təqdimatı olub
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub