×
A
A
A
Sazlamalar

“Xocalıya ədalət!” sülh və birgəyaşayış istəyidir

Ankara, 26 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası şəhərləri, ölkələri aşaraq qitələri dolaşmağa başlayıb. “Xocalıya ədalət!”. Bu, ümumdünya sülh çağırışıdır. Sürətlə qloballaşan və mürəkkəbləşən müasir dünyada münaqişələr artdıqca “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının fəlsəfi mahiyyəti daha aydın hiss olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı hər zaman milli və dini mənsubiyyətinə, siyasi maraqlara görə insanların və xalqların əzilməsinə qarşı olub. Bəli, bir ağızdan və ürək dolusu duyğularla “Xocalıya ədalət!” çağırışı edərik ki, bir daha dünyada belə acılar, milli fəlakətlər olmasın.
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında səsimizə səs verən ölkə qardaş Türkiyədir. Ali təhsil ocaqlarında, orta məktəblərdə, kütləvi tədbirlərdə eşidilən “Xocalıya ədalət!” bütün dünyanın ehtiyac duyduğu sülh və birgəyaşayış istəyidir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2022-02-26 04:50:00