×
A
A
A
Sazlamalar

Lənkəranda “Yarımçıq xatirələr” filmi nümayiş olunub

Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lənkəran Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Yarımçıq xatirələr” filmi nümayiş olunub.
Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev, Vətən müharibəsinin qaziləri və tələbələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişindən əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçıları, həmçinin Mərkəzin foyesində Xocalı soyqırımı və Qarabağ müharibəsi mövzusuna həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra tamaşaçılar Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Yarımçıq xatirələr” filmini izləyiblər.

 

 

Regionlar 2022-02-25 18:12:00