×
A
A
A
Sazlamalar

“Güllələnmiş uşaqlıq“ kitabının təqdimatı keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli kitabxana filialında Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Əsli Xəlilqızının “Güllələnmiş uşaqlıq” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatdan öncə Xocalı soyqırımı və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin dövlətimizə qarşı daim ərazi iddiasında olmaları, faşist xislətlərindən irəli gələrək məkrli və təcavüzkar siyasət yürütmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla çoxlu sayda dinc sakinləri qətlə yetirmələri barədə məlumat veriblər.
Kitab haqqında məlumat verən Əsli Xəlilqızı iştirakçılara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət 2022-02-25 18:03:00