×
A
A
A
Sazlamalar

ADAU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Gəncə, 25 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq, Torpaqşünaslıq və aqrokimya fakültələrinin Xocalı soyqırımının 30 illiyinə həsr edilən tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra fakültələrin tələbələri Xocalı soyqırımına həsr olunan şeir, musiqi kompozisiyaları və “Xocalı faciəsi” adlı səhnəciklə çıxışlar ediblər.
Tədbirdə Aqronomluq, Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, tələbələr və Türkiyə Respublikasının Ege Universitetinin bir qrup professor-müəllim heyəti iştirak ediblər.

 

 

Regionlar 2022-02-25 16:35:00