×
A
A
A
Sazlamalar

BDU-da Xocalı soyqırımı ilə əlaqədar xüsusi dərs təşkil edilib

Bakı, 25 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub.
Əvvəlcə şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, xüsusi dərsdə Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan mühazirə ilə çıxış edib. O, Ermənistanın işğalçılıq siyasəti, Xocalı faciəsi, soyqırımı qurbanları barədə tələbələrə ətraflı məlumat verib.
K.Aslan Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xatırladıb. O, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışıb.
Knyaz Aslan faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub.
O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən bəhs edib.

 

Elm və təhsil 2022-02-25 15:55:00