Qırğızıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Bişkek şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımız heç bir zaman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımını unutmayacaq. Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində dünya ictimaiyyətinə Xocalı soyqırımı barədə həqiqətlərin çatdırıldığı, bu faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsinin, vəhşicəsinə törədilmiş cinayətin baiskarlarının məsuliyyətə cəlb olunmasının vacibliyi nəzərə çatdırılıb.
Qeyd edilib ki, soydaşlarımız Xocalı soyqırımının rəsmən tanınması ilə əlaqədar Qırğızıstan parlamentinə müraciət edib.
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir