Azərbaycan xalqı Xocalıda erməni şovinistlərinin soyqırımı siyasətinə məruz qalıb
Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalıya ədalət və Şuşa Bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib.
Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi müəssisənin baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin dünya elmi ictimaiyyətinə davamlı çatdırılmasının vacibliyini vurğulayıb. Professor qeyd edib ki, bu məqsədlə xarici dillərdə elmi, fəlsəfi, siyasi təhlillər dərc olunmalı və beynəlxalq aləmə çatdırılmalıdır.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli bildirib ki, 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı 30 ildir faciə günü kimi anırıq. Azərbaycan xalqı iki əsrə yaxındır erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb.
Tədbirdə institutun şöbə müdiri professor Rəna Mirzəzadə, professor Rəfiqə Əzimova, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov, Asya Əhmədova və digər çıxışçılar Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayıblar.
Əməliyyatçı-mühasib ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olanlar təhsil sənədi alacaq
Müasir energetikada kadr hazırlığı - seminar
“Susma, səsini eşitdir!” layihəsi çərçivəsində tədbirlər keçirilib
Elm və təhsil nazirinin Göygöldəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib