Kitabxanada “Xalqımızın qan yaddaşı” adlı tədbir təşkil edilib
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Xocalı soyqırımına həsr olunmuş "Xalqımızın qan yaddaşı" adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şagirdlər kompozisiya şəklində hazırladıqları şeir toplusunu təqdim ediblər.
Kitabxananın şöbə müdiri Nigar Məmmədova tədbir iştirakçılarına faciə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərib. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Ümummilli Liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib.
Sonda tədbir iştirakçıları təşkil olunmuş sərgidə faciədən bəhs edən kitablarla tanış olublar.
Daşkənddə “Azərbaycanı tanıyaq” layihəsinin təqdimatı keçirilib
Milli Kitabxanada “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb
Bakıda Avropa Günləri təşəbbüsü çərçivəsində bədii sənətlər sərgisi açılıb