Xocalı soyqırımı - Azərbaycan tarixində ən qanlı hadisə
Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə çıxış edən institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq amansızcasına qətlə yetirilib.
Nadir Məmmədli Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü, qüdrəti nəticəsində Vətən müharibəsində böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycan xalqının vətənpərvərliyini, mərdliyini, qəhrəmanlığını dünyaya göstərdi.
İclasda institutun icraçı direktoru dosent Baba Məhərrəmli, şöbə müdirləri professorlar İsmayıl Kazımov, İsmayıl Məmmədli, Sayalı Sadıqova, dosentlər Şəbnəm Həsənli Qəribova, Qətibə Quliyeva Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasının və hüquqi-siyasi qiymətinin almasının əhəmiyyətini vurğulayıblar.
ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib
Güclü geomaqnit qasırğası müşahidə olunur
Dəqiq elmlər üzrə Azərbaycan alimlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb