×
A
A
A
Sazlamalar

Sumqayıt Tarixi Muzeyində “Xocalı tarixi yaddaşımızdır” adlı sərgi açılıb

Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Tarixi Muzeyində “Xocalı tarixi yaddaşımızdır” adlı silsilə tədbirlər davam etdirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Muzeydə faciənin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Muzeyin direktoru Aygün Zülfüqarlı AZƏRTAC-a bildirib ki, tədbir Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 30 il əvvəl törədilən cinayətin tarixindən bəhs edilib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində torpaqlarımız azad edilib, şəhidlərimizin qanı yerdə qalmayıb.
Sonra “Xocalı tarixi yaddaşımızdır” mühazirə təqdim edilib.
Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzinin direktoru Adil Tapdıqov gənclərin vətənpərvərlik ruhunda tərbiyə alması istiqamətində aparılan mühüm işlərdən danışıb.
Sumqayıtlı tələbə Nərgiz Məmmədova Xocalı soyqırımının baş verdiyi tarixi vəziyyətdən söz açıb.
Sonda tədbir iştirakçılarına Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən “Xocalı tarixi yaddaşımızdır” adlı sərgi və videoçarx təqdim edilib.

 

 

 

 

 

Regionlar 2022-02-25 14:10:00