Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. İdarənin müdiri Mehriban Vəliyeva Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən təcavüz siyasətinin ən ağır hadisələrindən olan Xocalı soyqırımı barədə danışıb, bu tarixin Azərbaycan gəncləri tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.
Mehriban Vəliyeva belə tədbirlərin həyata keçirilməsi və ümumilikdə məktəblərdə aparılan məqsədyönlü vətənpərvərlik tərbiyəsi işinin gənclərin daha yetkin vətəndaş kimi formalaşmasına xidmət etdiyini vurğulayıb. Vətən müharibəsində qazanılan Zəfərin xalqımız üçün ən böyük təsəlli olduğunu vurğulayan Mehriban Vəliyeva döyüşən Azərbaycan Ordusunun hər bir əsgərinin yüksək vətənpərvərliyində ailəsi ilə yanaşı, Azərbaycan məktəbinin və Azərbaycan müəlliminin də müstəsna rolu olduğunu diqqətə çatdırıb.
Anım tədbirində 4, 5, 6, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvü olan şagirdlərin Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaları təqdim edilib.
ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib
Güclü geomaqnit qasırğası müşahidə olunur
Dəqiq elmlər üzrə Azərbaycan alimlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb