×
A
A
A
Sazlamalar

Qubadlı musiqi məktəbinin kollektivi Xocalı faciəsinin qurbanlarının xatirəsini anıb

Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən anım günü təşkil olunub. Qubadlı şəhər Ə.Mehdiyev adına uşaq musiqi məktəbində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Sumqayıt Şəhidlər xiyabanında Xocalı abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, təhsil ocağında davam edən tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda Xocalı faciəsi haqqında məlumat verilib. Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilib.
Tədbir məktəbin tar müəllimi E.Sadıqovun ifasında muğam, xanəndə şöbəsinin şagirdi M.Əliyevin ifasında “Sarı gəlin” mahnısı və məktəbin xor kollektivinin çıxışı ilə davam edib.

 

Regionlar 2022-02-25 12:55:00