×
A
A
A
Sazlamalar

İraq mətbuatında Xocalı soyqırımı barədə materiallar dərc olunub

Tehran, 24 fevral, AZƏRTAC

İraqın “telescopeja.com”, “wrkaanews.com”, “wboad.com”, “elamin-news.com”, “nayroz.com”, “enkido pres.com” internet resurslarında Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, materialda qeyd olunub ki, Azərbaycana qarşı illər boyu əsasız torpaq iddiaları ilə çıxış edən Ermənistan qədim Xocalı şəhərində soyqırımı aktı törədiblər. Erməni silahlıları 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə mühasirədə saxladıqları Xocalı şəhərinə daxil olaraq insanlığa sığmayan vəhşilik aksiyasını yerinə yetiriblər.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini evlərindən zorla qovulub, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qətliam zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 8 ailə tamamilə məhv edilib, 139 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib, 613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Bu soyqırımı törətməkdə məqsəd əhalini qorxuya salıb torpaqları boşaltmağa məcbur etməkdən ibarət idi. Tarixi və dini abidələri dağıtmaqla Ermənistan bu torpaqların Azərbaycanlıların məxsus olmasını sübut edən izləri silməyə cəhd ediblər.
Məqalədə diqqətə çatdırılıb ki, İraq parlamenti Xocalıda baş verən faciəni soyqırımı kimi tanınması haqqında bəyanatla çıxış edib.
Lakin Azərbaycan xalqı Ermənistanın işğalı ilə barışmadı və ordumuz 2021-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın zəbt olunan ərazilərimizi işğaldan azad etdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

 

Xocalı faciəsi 2022-02-25 12:51:00