×
A
A
A
Sazlamalar

“Xocalı uşaqların gözü ilə” adlı rəsm və kitab sərgisi təşkil edilib

Bakı, 25 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, M.A.Əliyev adına Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə “Xocalı uşaqların gözü ilə” rəsm və kitab sərgisi keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə Xocalı faciəsini özündə əks etdirən 50-dən çox rəsm əsəri və Xocalı faciəsinə aid kitablar, qəhrəmanlıq mövzusunda yazılmış nəşrlər yer alıb.
Eyni zamanda sərgidə Xocalı faciəsinə həsr olunmuş və 2 dilə tərcümə olunmuş videoçarx nümayiş etdirilib.
Sərgi sakinlərin böyük marağına səbəb olub.

Mədəniyyət 2022-02-25 11:54:00