×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycandakı dini konfessiyalar hər zaman dövlətimizin maraqları naminə birlikdə mövqe nümayiş etdirirlər

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan dövləti və xalqı qalibdir. Azərbaycan dövlətimizin başçısının liderliyi ilə bölgənin taleyini dəyişdirir, yeni tarixini yazır, siyasi qələbəsini iqtisadi, mənəvi müstəvilərdə davam etdirir. Bu tarixi Qələbənin qazanılmasında bizim yanımızda olmuş, dəstəyini nümayiş etdirmiş dövlətlərə, xüsusilə qardaş Türkiyə dövlətinə dərin minnətdarlığımızı bildiririk. Şuşa Bəyannaməsinin təsdiqi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını daha da möhkəmləndirdi, birliyimizi dünyaya bəyan etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülilsam Allahşükür Paşazadə Xocalı soyqırımının ildönümü ilə bağlı fevralın 22-də keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Azərbaycandakı dini konfessiyalar olaraq biz hər zaman - xoş gündə də, ağır məqamlarda da dövlətimizin maraqları naminə birlikdə mövqe nümayiş etdirir, Vətən torpağı uğrunda eyni səngərdə şəhidlər vermişik. Milli birliyimizin əsasını təşkil edən bu multikultural dəyərlərimiz bizim gücümüzü artıran, bütün sahələrdə qələbəmizə təkan verən ümummilli sərvətdir”, - deyə şeyxülilsam Allahşükür Paşazadə bildirib.

Din 2022-02-22 14:56:00