×
A
A
A
Sazlamalar

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Şəbəkə inzibatçısı istiqaməti üzrə təlimlər davam edir

Bakı, 17 fevral, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan şəbəkə inzibatçısı istiqaməti üzrə təlimlər davam edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, “İP rutinq” və “Lan sviçinq” texnologiyası haqqında biliklər qazanır. Onlara əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı yaradılır.

Texnologiya 2022-02-17 17:25:00