×
A
A
A
Sazlamalar

Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması metodu işlənilir

Bakı, 16 fevral, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında müəssisənin dissertantı Könül Daşdəmirova “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” adlı tədqiqat işini təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məruzəçi bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, ictimai həyatın bütün sahələrini əhatə etməsi, kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibəsi təhlükələrinin artması ilə əlaqədar kiberməkanda cəmiyyətin kütləvi şəkildə kibertəhlükələrə məruz qalması, kiberhücumlar, ziyanverici proqramlar vasitəsilə informasiya sistemlərinə, kompüter avadanlıqlarına və onların proqram təminatına, informasiya ehtiyatlarına zərər vurulması, bir ölkə çərçivəsində informasiya təhlükəsizliyi səviyyəsinin qiymətləndirilməsinin zəruriliyi, cəmiyyətin sosial təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsinin vacibliyi mövzunun aktuallığını şərtləndirən amillərdəndir.
K.Daşdəmirova tədqiqat işinin əsas məqsədinin milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi olduğunu qeyd edib.
Tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən söz açan məruzəçi bildirib ki, buraya informasiya təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi metodlarının müasir vəziyyətinin analizi, milli informasiya təhlükəsizliyinin konseptual əsasları və arxitektur-texnoloji modelinin işlənməsi, Big Data metodları əsasında milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması və s. aiddir.

Texnologiya 2022-02-16 14:54:00