×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rüstəmov Xanlar Kamran oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Kazımov Rəşad Vaqif oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik
Məmmədov Rövşən Kamil oğlu – polkovnik
İsmayılzadə Ruslan Faiq oğlu – mayor
Musayev Cavid Sabir oğlu – mayor
Şirinov İsrafil Salman oğlu – mayor
Şükürlü Lətif Canbağış oğlu – mayor
Vəliyev Nüsrət Musa oğlu – mayor
Yusifov Ruslan Fərhad oğlu – mayor
Nəsirov Yulət Fəxrəddin oğlu – kapitan
Niftəliyev Habil Cəfər oğlu – kapitan
Əhmədova Aygün Cahil qızı – baş leytenant

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Kərimov Məhərrəm Kərim oğlu
Zeynalov Namiq Bahəddin oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2022-ci il

Sərəncamlar 2022-02-14 16:16:00