×
A
A
A
Sazlamalar

Avropa Azərbaycanlılar Konqresi və “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Brüssel, 12 fevral, AZƏRTAC
“Avropa Azərbaycanlılar Konqresi” diaspor təşkilatı (AAK) və “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalama mərasimi onlayn rejimdə keçirilib. Tərəfləri, müvafiq olaraq, AAK-ın prezidenti Sahil Qasımov və AXA-nın baş katibi Andrey Belyaninov təmsil edirdi.
Təşkilatlar beynəlxalq işgüzar əməkdaşlığın genişlənməsinə və möhkəmləndirilməsinə birgə imkan yaratmaq, turizm, ticarət, sənaye, investisiyalar, texnoloji innovasiyalar sahələrində təcrübə və informasiya mübadiləsini təşviq etmək barədə razılığa gəliblər. AAK və AXA birgə ikitərəfli və çoxtərəfli işgüzar tədbirləri təşkil etmək, təhsil və maarifçilik proqramlarını işləyib hazırlamaq və reallaşdırmaq, uzunmüddətli ticari-iqtisadi və elmi-texniki əlaqələrin təkmilləşdirilməsinə kömək göstərmək niyyətində olduqlarını bildiriblər.
Tərəflər qarşılıqlı sərfəli əməkdaşlığı uzunmüddətli əsasda inkişaf etdirmək niyyətini əsas götürərək əmin olduqlarını bildiriblər ki, bu əməkdaşlıq onların qarşısında yeni imkanlar açacaq. AAK və AXA Avrasiya qitəsində inteqrasiya proseslərinin artan rolunu və Avrasiya ölkələrinin sosial-iqtisadi inkişafında biznes-cəmiyyətin əhəmiyyətini, həmçinin Avrasiya ölkələrinin ticari-iqtisadi potensialının inkişafına, işgüzar və ictimai əlaqələrin möhkəmləndirilməsinə kömək etmək niyyətində olduqlarını vurğulayıblar.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Diaspor 2022-02-12 13:02:00