×
A
A
A
Sazlamalar

İsrail dünyada ilk dəfə olaraq pilotsuz uçuş aparatlarından mülki aviasiya məkanında istifadə edilməsinə icazə verib

Bakı, 10 fevral, AZƏRTAC

İsrail Mülki Aviasiya İdarəsi “Elbit” konsernində istehsal edilmiş “Hermes Starliner” pilotsuz təyyarəyə lisenziya verib. Bu lisenziya həmin təyyarədən mülki aviasiya məkanında istifadə edilməsinə imkan verəcək.
AZƏRTAC İsrail KİV-lərinə istinadla xəbər verir ki, “Hermes” dünyada belə icazə verilmiş ilk pilotsuz uçuş aparatıdır. İndiyə qədər PUA-lardan yalnız hərbi hava məkanlarında və ya xüsusi hava dəhlizlərində istifadə edilə bilərdi.
Bu lisenziyanın alınması “Hermes-900” PUA-nın mülki versiyası olan “Starliner”in mülki bazarlarda istifadəsi üçün geniş imkanlar açır. Ondan, məsələn, yeni abadlaşdırılmış ərazilərin hava məkanında həyata keçirilən missiyalarda, kənd təsərrüfatı məsələlərinin həllində, axtarış-xilasetmə əməliyyatlarında və başqa məqsədlər üçün istifadə etmək olar.
“Elbit” konserni “Helmes Starliner” üçün İsveçrə Müdafiə Nazirliyindən və Kanada Nəqliyyat Nazirliyindən sifarişlər alıb.

Bu maraqlıdır 2022-02-10 11:38:00