Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İsgəndəriyyə Kitabxanasında olub
İsgəndəriyyə, 28 yanvar, AZƏRTAC
Dünyanın 51 ölkəsinin qatıldığı 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin nümayəndələri məşhur İsgəndəriyyə Kitabxanasında olublar.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti kitabxananın foyesində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün önünə gül dəstələri qoyublar. Mədəniyyət Nazirliyinin nümayəndələrinə İsgəndəriyyə Kitabxanası haqqında ətraflı məlumat verilib. Onlar, həmçinin buradakı zallar və qədim abidələr, əlyazmalarla tanış olublar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İsgəndəriyyə
İstanbulda “Qardaşlıq dastanı” adlı musiqili şou proqram keçirilib
Azərbaycanda ilk dəfə inklüziv pantomim tamaşa təqdim olunub
“Kulturologiya və insan kapitalı” mövzusuna növbəti seminar təşkil olunub