×
A
A
A
Sazlamalar

“Gənclik - Yeni zəfərlərə doğru” adlı tir atıcılığı üzrə rayon birinciliyi keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər həftəsi” çərçivəsində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Vətən müharibəsi iştirakçıları arasında “Gənclik - yeni zəfərlərə doğru” adlı tir atıcılığı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Tural Qəhrəmanov, A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin hərbi müəllimi, kapitan Altay Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrin baş leytenantı Vüsal Əzimov və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından danışıb və bildirib ki, məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünya görüşlü yeni nəsil yetişib.
İdarə rəisi onu da qeyd edib ki, azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılmasında payı olan, canı-qanı bahasına vuruşaraq bizə Zəfər qazandıranlar içərisində sözsüz ki, İsmayıllı gəncləri, qaziləri də var.
Bildirilib ki, onların hər biri dövlətin diqqət və qayğısı ilə əhatələnib. Yarışın qaydalarına əsasən hər iştirakçıya 3 şans verilib və ən çox xal toplayan iştirakçı qalib olub.
Sonda yarışın qalibləri mükafatlandırılıblar.

Cəmiyyət 2022-01-28 03:17:00