Bakıda Leninqrad blokadaçıları ilə görüş keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Hər il yanvarın 27-də Rusiyada Leninqradın faşist blokadasından tam azad olunması günü (1944-cü il) qeyd edilir. Bu, Rusiyanın hərbi şərəf günüdür. Neva çayı üzərindəki şəhərin 872 gün davam edən qəhrəmancasına müdafiəsi 1944-cü il yanvarın 27-də başa çatıb. Alman qoşunlarına şəhərə daxil olmaq, onun müdafiəçilərinin mübarizəsini və ruhunu qırmaq nəsib olmadı.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, Rus Evi bununla bağlı Leninqrad blokadası iştirakçıları ilə görüş keçirib. RİMM “Leninqrad blokadası iştirakçıları” İctimai Birliyinin üzvlərini təbrik edib və onlara xatirə hədiyyələri verib.
“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı Türkiyədən Azərbaycana birbaşa uçuş edib
RAGB-nin Vladimir regional şöbəsi “Donor günü” təşkil edib
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiya məsələləri müzakirə edilib