×
A
A
A
Sazlamalar

Liviya sahillərində içərisində miqrantların olduğu qayıq batıb

Qahirə, 27 yanvar, AZƏRTAC

Aralıq dənizinin Tunis sahillərindən Avropaya yollanan və içərisində 70 qanunsuz miqrantın olduğu qayıq Liviyanın Zərziz bölgəsində batıb.
AZƏRTAC xəbər verir ki, sahil-mühafizə xidmətinin xilasediciləri 6 nəfərin meyitini aşkar ediblər, 30 miqrant isə itkin düşüb.
Qırmızı Xaç Cəmiyyətinin yaydığı məlumatda bildirilir ki, miqrantlar Misir, Mərakeş və Sudan vətəndaşlarıdır. Hazırda axtarış-əməliyyat tədbirləri davam edir. Batan qayıqdan xilas edilənlər isə Ben Querdane limanına aparılıb.
Liviya və Tunis limanları vasitəsilə Afrika ölkələrindən Avropaya yollanan qanunsuz miqrantların sayı kəskin şəkildə artıb. Ötən il 55 min miqrantın İtaliya sahillərinə çatdıqları bildirilir. BMT-nin məlumatına görə, 2021-ci ildə 1300 miqrant ölüb və ya itkin düşüb.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2022-01-27 21:14:00