Baş Prokurorluq: Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər zəruri tədbirlər həyata keçirilib.
İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.
“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı Türkiyədən Azərbaycana birbaşa uçuş edib
RAGB-nin Vladimir regional şöbəsi “Donor günü” təşkil edib
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiya məsələləri müzakirə edilib