×
A
A
A
Sazlamalar

“AzFinance İnvestisiya Şirkəti”nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Bakı Fond Birjasında (BFB) “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 540 gün olan AZ2003019711 dövlət qeydiyyat nömrəli 1 milyon ABŞ dolları həcmində, diskountlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən bir sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon dollar təşkil edib. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazlar gələn il iyulun 21-də ödəniləcək.

Maliyyə 2022-01-27 19:30:00