Milli Məclisdə Şuşa Bəyannaməsinin təsdiqlənməsi ilə bağlı müzakirələr keçiriləcək
Bakı, 27 yanvar, AZƏRTAC
Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında Şuşa Bəyannaməsinin təsdiqlənməsi ilə bağlı müzakirələr keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi plenar iclasın gündəliyinə daxil edilib.