×
A
A
A
Sazlamalar

Portuqaliya Qran-Prisində 5 cüdoçumuz iştirak edəcək

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 28-30-da Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pri turnirində 5 cüdoçumuz iştirak edəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kişilərin yarışında ölkəmizi Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (+100 kq) təmsil edəcəklər. Digər cüdoçuların PCR testlərinin nəticələri pozitiv olduğu üçün, bəziləri isə digər səbəblərdən yarışda iştirak etməyəcəklər.
Turnirdə 41 ölkədən 300-ə yaxın idmançının iştirakı gözlənilir.

İdman 2022-01-27 19:19:00