Azərbaycanın və Çilinin şahmat ictimaiyyəti arasında əməkdaşlığın yaradılması məsələləri müzakirə olunub
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova və Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq ilə görüşüb.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki ölkənin şahmat ictimaiyyəti arasında əlaqələrin yaradılması və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər bu əməkdaşlığın faydalı olacağını vurğulayıblar.
Söhbət zamanı, həmçinin Fidel Koloma Qrimberqə ölkəmizdə keçirilən tədbirlər və şahmatçılarımızın beynəlxalq arenada qazandıqları uğurlar barədə məlumat verilib.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər