Gömrük nəzarətindən gizlədilən xeyli sayda siqaret aşkarlanıb
Bakı, 27 yanvar, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən xeyli sayda siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycana gələn “Mercedes-Benz” və “Man” markalı yük nəqliyyat vasitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub. Bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər. Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4600 ədəd “Marlboro touch” markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
Nərimanov rayonunda yaşayış binasında yanğın zamanı mənzildən bir nəfər xilas edilib
Binəqədi rayonunda beş evdən oğurluq edən şəxs saxlanılıb VİDEO